BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu 2026 çərçivəsində ABŞ-da Azərbaycan ilk dəfə olaraq BMT Gənclər Nümayəndələri proqramı səviyyəsində rəsmi şəkildə təmsil olunub.
“İki sahil” xəbər verir ki, forum çərçivəsində gənc nümayəndələrin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının prezidenti cənab Lok Bahadur Tapa və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə rəhbəri xanım Byorq Sandkyer ilə rəsmi tanışlıq görüşü keçirilib. BMT Gənclər Nümayəndələri proqramı üzrə Azərbaycanı ilk dəfə ADA Universitetinin tələbələri Ayxan Məmmədov və Nilgün Məmmədova təmsil ediblər. Onlar həmçinin 2025-ci ildə Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumunda da gənc nümayəndələr kimi seçiliblər.
Gənc nümayəndələr bir il müddətində nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən BMT Baş Qərargahında keçirilən iclaslarda iştirak edəcək, çıxışlar edəcək və müxtəlif komitələrin fəaliyyətinə fəal şəkildə cəlb olunacaqlar.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb