Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyası Gədəbəy rayonunda təşkil edilib.
“İki sahil” xəbər verir ki, IDEA İctimai Birliyindən bildirilib ki, IDEA könüllülərinin iştirakı ilə Gədəbəy rayonunun Şahdağ kəndində 4600 ədəd fıstıq və 2000 ədəd Şərq çinarı ağacı əkilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
"Yaşıl marafon" çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib
Baş Prokurorluq: Əhməd Əhmədovun xəstəxanadan buraxılması barədə MƏLUMATLAR YALANDIR