21 aprel 2026 12:20
93

Vüqar Gülməmmədov: Strateji Planın hədəflərinin əksəriyyətinə nail olunub

2021–2025-ci illər üzrə strateji planın hədəflərinin əksəriyyətinə nail olunub.

“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 2021–2025-ci illər üzrə strateji planın icrası üzrə beynəlxalq təcrübəyə uyğun olaraq illik əməliyyat planları vasitəsilə həyata keçirilib, bu illər ərzində 5 əməliyyat planı tərtib edilib: "Strateji planın qüvvədə olduğu əksər illər üzrə əməliyyat planlarının icrası təxminən 90 %-dən, monitorinq çərçivəsinin göstəricilərinin ümumi icrası 80 %-dən çox olub. Müvafiq istiqamətdə ayrılmış büdcənin icra səviyyəsi isə 80 %-dən bir qədər çox olub ki, bu da strateji planın effektiv icrasını əks etdirən göstəricidir. Strateji planda müəyyən edilmiş iki yekun və doqquz aralıq nəticə üzrə əhəmiyyətli irəliləyişlər əldə edilmiş, hədəflərin əksəriyyətinə nail olunub".