23 aprel 2026 12:31
132

Rəşad Məcid: Jurnalist həm düşünməli, HƏM DƏ CƏMİYYƏTİ DÜŞÜNDÜRMƏYİ BACARMALIDIR - EKSKLÜZİV

Jurnalist ilk növbədə düşünməlidir. Söhbət ənənəvi xəbər yayıcılığından kənar düşüncədən gedir. O düşüncə ki, analitik baxışa əsaslanır, hadisə və proseslər arasında qanunauyğunluğu və ziddiyyətləri iti duyumla üzə çıxarır. Kim güclüdürsə, ayaqda qalacaq, - deyərkən, məhz bunu nəzərdə tuturdum.

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil”ə özəl müsahibəsində bildirib.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, jurnalist xəbər bolluğu şəraitində həm düşünməli, həm də cəmiyyəti düşündürməyi bacarmalıdır. Bu əzm ictimai maraq və mənafelərin qorunmasına sadiqlik üzərində qurulmalıdır. Hesab edirəm ki, belə olduqda peşə nüfuzunu əldən verməyəcək. Mən nikbinəm. Ən azından, pessimist deyiləm.

Yaqut Ağaşahqızı, “İki sahil”