Müasir informasiya mühitində süni intellektin rolu və jurnalistikaya təsiri ilə bağlı müzakirələr getdikcə daha aktual xarakter alır.
Bu kontekstdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil” qəzetinə açıqlamasında məsələyə yanaşmasını bildirib.
Onun sözlərinə görə, süni intellektin jurnalistikadakı təsiri birbaşa texnologiyanın özündən deyil, ondan istifadə edən tərəfin niyyətindən asılıdır: “Baxır, məsələyə hansı aspektdən yanaşılır. Kimsə, yaxud kimlərsə, informasiya manipulyasiyana fokuslanacaqsa, süni intellekt də məhz bu funksiyanı yerinə yetirəcək. Nəzərə alaq ki, obyektivlik axtaranlar süni intellekti öz məqsədlərinə uyğun istifadə edirlər”.

Rəşad Məcid qeyd edib ki, süni intellekt jurnalistika üçün əsasən köməkçi vasitə rolunu oynayır və bu texnologiya düzgün istifadə edildiyi halda media nümayəndələrinin işini xeyli asanlaşdıra bilər:”Mənim nəzərimdə süni intellekt jurnalistika üçün, bir növ, köməkçi vasitədir. Əgər media nümayəndəsi ondan səmərəli şəkildə bəhrələnirsə, işi asanlaşacaq. Bu baxımdan hansısa risk görmürəm. Risk daha çox, ümumən, informasiya amilinə yanaşmalardadır. Yaşadığımız dövrdə yanaşmaların fəsadlı tərəflərini görürük. Məsələn, dezinformasiyalar, yəni məqsədli şəkildə yanlış xəbər yayıcılığı adi hal alıb. Geniş anlamda isə bu, böyük qlobal proseslərin tərkib hissəsi kimi diqqət çəkir”.
Həmsöhbətimiz vurğulayıb ki, dünya çətin yaşanılan bir düzəndir. Dövrümüzün reallığı budur.
Yaqut Ağaşahqızı, “İki sahil”
Arzu edərdik ki, fəaliyyətini dövrün tələblərinə uyğun quran media orqanlarının sayı daha çox olsun- Rəşad Məcid
Rəşad Məcid: Jurnalist həm düşünməli, HƏM DƏ CƏMİYYƏTİ DÜŞÜNDÜRMƏYİ BACARMALIDIR - EKSKLÜZİV
Süni intellekt jurnalistikaya təsir göstərsə də, ONU ƏVƏZ EDƏ BİLMƏZ - Rəşad Məcid/ÖZƏL