Müasir media mühitində jurnalist məsuliyyəti və süni intellektin informasiya istehsalındakı rolu yenidən müzakirə mövzusuna çevrilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil” qəzetinə müsahibəsində bu məsələyə münasibət bildirərək xəbər istehsalında etik məsuliyyətin dəyişməz olduğunu vurğulayıb.
”Xəbər media orqanında yayılırsa, məsuliyyəti həmin media orqanı, onun jurnalisti daşımalıdır. Sadə məntiq də bunu deyir. Digər tərəfdən, süni intellektin hazırladığı material anlayışını qəbul etmirəm. Hər halda, həmin material da müəyyən yaddaş bazasının məhsuludur. O baza ki, əsasını insan əməyindən götürür”- deyə, Rəşad Məcid qeyd edib.
Onun sözlərinə görə, jurnalistika günümüzün tarixidir. Jurnalist və media orqanı bu gün yaşananlara yaradıcı yanaşma yollarını müəyyənləşdirirsə, deməli, məsuliyyətli davranır. Yəni, cəmiyyət qarşısındakı məsuliyyətini dərk edir. Bu dərketmə isə həm də etik məsələdir. Hər şey bu qədər sadədir.
Yaqut Ağaşahqızı, “İki sahil”
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması sonrakı hərbi qələbələrimizin əsasını qoydu
Süni intellekt dövründə media məsuliyyəti artır: REPUTASİYANI QORUMAQ ƏSAS ŞƏRTDİR