Bu gün görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90-ci ildönümüdür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.
“İki sahil” xəbər verir ki, iki həftə müddətində davam edəcək sərgidə ömrünü milli dilçiliyimizin və türkologiyanın inkişafına həsr etmiş fədakar ziyalının elmi-dilçilik məsələləri, türkologiya, tərcümə yaradıcılığı ictimaiyyətə təqdim olunur. Onların sırasında “Seçilmiş əsərləri” ikicildliyi, “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)”, “Füzuli dili”: dil sənətkarlığı”, “Türklər üçün ortaq ünsiyyət dili”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Azərbaycan ədəbi dili tarixi” (I, II hissə) və digərləri yer alıb.
Bundan əlavə, türklərin, o cümlədən onların dillərinin tarixindən bəhs edən 5 əsəri – Murad Adcının məşhur “Qıpçaq çölünün yovşanı” (1997), “Sabir: qaynaqlar və sələflər”, həmçinin orta məktəblər üçün “Azərbaycan dili” (IX siniflər üçün), “Azərbaycan dili” (X -XI siniflər üçün) dərslikləri nümayiş etdirilən nəşrlər sırasındadır.
Sərgidəki ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə də tanış olmaq mümkündür.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib