Zaqatalanın Axaxdərə kənd sakini həyətində canavar hücumuna məruz qalıb.
“İki sahil” xəbər verir ki, canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Qurbanova hücum edərək, ona çoxsaylı xəsarətlər yetirib.
Hadisədən xəbər tutan ailə üzvləri və yaxınları Aydın Qurbanovu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ona ilkin tibbi yardım göstərilib və bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub.
Zərərçəkmiş xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib və müalicəsi davam etdirilir.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib