Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Niva" və "Hundai Sonata" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə və 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
"Report"
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib