04 may 2026 11:01
105

Ağgöldə al-qırmızı lalə dünyası - FOTO

Ağgöl Milli Parkının sonsuzluğa qədər uzanan al-qırmızı lalə çölləri yerə sərilmiş təbii xalçanı xatırladır. Bu əsrarəngiz mühitdə nadir quş növlərinin rəngbərəng çiçəklərlə yaratdığı harmoniya təbiətin sonsuz canlılığını bir daha nümayiş etdirir. Parkın ərazisindəki torpaq yollar və uzaqda görünən yaşıl meşə zolaqları bu mənzərəyə xüsusi dərinlik və estetik gözəllik qatır. Günəş şüalarının buludlar arasından süzülərək bu qırmızı “dənizə” düşməsi isə insanda sanki bir nağıl dünyası hissi yaradır.

“İki sahil” fotoqraf Lyokinin Ağgöl Milli Parkından çəkdiyi fotoları təqdim edir.