04 may 2026 16:00
127

“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Mərakeş Krallığının Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sənətkarlar Evi” (“Maison de l’Artisan”) qurumunun baş direktoru Tarik Sadiqlə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə qonağa Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə təqdimat edilib. Tərəflər arasında keçirilən görüş çərçivəsində “ABAD” ilə Mərakeşin “Sənətkarlar Evi” qurumu arasında əl sənətkarlığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Qonaq, həmçinin İçərişəhərdə yerləşən "ABAD" etno-butiki ilə yaxından tanış olub.