KOB-ların satış imkanlarını artırmaq və bazarlara çıxışını genişləndirmək üçün KOBİA tərəfindən xüsusi stend qurulub.
“İki sahil” xəbər verir ki, Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgiləri keçirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışını genişləndirmək, satış imkanlarını artırmaq, məhsul və xidmətlərinin tanıdılmasına dəstək məqsədilə Agentlik bu il də sərgidə xüsusi stendlə təmsil olunur. KOBİA-nın stendində KOB-lar tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran, pendir kimi məhsullar və xidmətlər nümayiş olunur. Ümumilikdə Agentliyin stendində 10-a yaxın KOB subyekti dövlət dəstəyi hesabına məhsul və xidmətlərini sərgiləyir. Həmçinin stenddə KOB subyektlərinə yeni biznes əlaqələri qurması və işgüzar görüşlər keçirməsi üçün lazımi şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanışlıq çərçivəsində KOBİA-nın stendində də olublar.
Qeyd edək ki, “Caspian Agro Week” və “İnterFood Azerbaijan” sərgiləri 8 may tarixinədək davam edəcək.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq