06 may 2026 11:54
31

“Sosial saat”ın növbəti buraxılışında DOST xidmətlərindən bəhs olunacaq

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və DOST mərkəzlərinin yaradılması ölkəmizdə son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. 

“İki sahil” xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 162 sosial xidmətin əhaliyə “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə imkan yaradıb. DOST modeli bu gün Azərbaycanın yeni brendi olmaqla, beynəlxalq səviyyədə də yüksək qiymət alaraq dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilib və bir sıra ölkələr (Moldova, Özbəkistan və Serbiya) DOST konsepsiyasına böyük maraq göstərirlər.

Artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib. Vətəndaşların DOST xidmətlərindən məmnunluğunun 98,8 faiz üzərində olması DOST modelinin uğurlu bir xidmət modeli olduğunu bir daha təsdiq edir.

“Sosial saat”ın budəfəki buraxılışı DOST xidmətlərinə həsr olunub.

7 may saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə Nazirliyin tabeliyində DOST Agentliyinin Xidmətlər departamentinin müdiri Gündüz Mehdiyev ilə bu mövzu ətrafında danışılacaq, həmçinin izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.