06 may 2026 16:40
89

«Risklərə Qarşı Aqrar Sığorta Çətiri» mövzusunda Forum keçiriləcək

Azərbaycanda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro çərçivəsində 07 may 2026-cı il tarixində Bakı Dövlət Universitetində «Risklərə Qarşı Aqrar Sığorta Çətiri» mövzusunda Forum keçiriləcək.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, Forumda Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq proqramı (FAO), Milli Məclisin Aqrar siyasət komitəsi, Aqrar Sığorta Fondu, Özbəkistan Respublikasının Aqrar Sığoorta Fondu (Azərbaycanın dəstəyi və təcrübəsi əsasında yaradılıb), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, «Azərkosmos» Agentliyi, Bakı Dövlət Universitetinin rəhbərliyi və nümaynədələri, iri kənd təsərrüfatı və sığorta şirkətlərtinin rəhbərləri, mütəxəssislər iştirak edəcəklər.

Tədbirdə iqlim riskləri, onun kənd təsərrüfatına təsirləri, aqrar sığotrta sisteminin fəaliyyəti, katastrofik risklərin qarşılanması üçün aqrar sığorta və təkrar sığorta mexanizmləri, əkin sahələrinə zərərlərin hesablanması və qarşılanması üsulları, sığorta ekspertlərnin fəalmiyyəti və sair mövzularla bağlı çıxış və təqdimatlar olacaq.

Ayrıca olaraq Aqrar Sığorta Fondunun 5 illik fəaliyyətinin nəticələri barədə geniş təqdimat nəzərdə tutulur.

Hörmətli həmkarlar sizi bu tədbirdə iştirak etməyə dəvət edirik.

Xatırladaq ki, Azərbaycanda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro 5-8 may 2026-cı il tarixlərində keçirilir.