“İki sahil” xəbər verir ki, “Aqrar sektorda yerli istehsalın təşviqi və bazar imkanları” mövzusunda keçirilən paneldə yerli istehsalın inkişaf perspektivləri, bazar imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrar biznes mühitinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
“Afrika-Azərbaycan əməkdaşlıq imkanları” mövzusunda keçirilən panel müzakirəsində iki region arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub. Paneldə Afrika ölkələri ilə Azərbaycan arasında aqrar sektor, logistika, ixrac potensialı və biznes tərəfdaşlıqlarının inkişafı, o cümlədən beynəlxalq ticarət platformalarının rolu, sahibkarlar arasında əlaqələrin qurulması, qarşılıqlı investisiya mühitinin təşviqi və yeni bazarlara çıxış imkanları məsələlərinə toxunulub.
“Aqrar sahədə ictimai kommunikasiya və media platformalarının əhəmiyyəti” adlı paneldə aqrar sahədə ictimai maarifləndirmə, media platformalarının rolu və rəqəmsal kommunikasiya alətlərinin kənd təsərrüfatının inkişafına təsirindən bəhs olunub. “Aqroparklar: Aqrar biznesin yeni inkişaf platforması” mövzusuna həsr edilmiş panel müzakirəsində aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu, investisiya imkanları, istehsal və emal zəncirinin inkişafı, logistika infrastrukturu və beynəlxalq əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub. Forumun növbəti “Kənd təsərrüfatında qadınlar: Potensialdan gücə” mövzusunda panel müzakirəsində aqrar sahədə qadınların rolu, onların sahibkarlıq və innovasiya fəaliyyətində iştirakı, eləcə də beynəlxalq təcrübə mübadiləsi məsələləri geniş müzakirə olunub. Paneldə qadın sahibkarlığının inkişafı, aqrar sektorda gender bərabərliyinin təşviqi və qadınların iqtisadi fəallığının artırılması istiqamətində mövcud imkanlar və çağırışlar diqqətə çatdırılıb.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!