Mayın 8-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə ADA Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
“İki sahil” xəbər verir ki, birgə faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Fazil Quliyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Memorandumda tərəflərin tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, seminar, mühazirə, treninq və elmi konfransların təşkili, müasir texnoloji yanaşmaların tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutulub.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə DİN ilə ADA Universiteti arasında əməkdaşlıq perspektivləri və Memorandum çərçivəsində görüləcək işlər də müzakirə olunub.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
Qaradağ rayonunda YAP-ın VIII Qurultayında müzakirə olunmuş məsələlərə həsr olunmuş müşavirə keçirilib
Kürdəmirdə cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair tədbirlər keçirilib
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb