Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə əməkdaşlığı ilə sığortaçılar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinə start verilib.
“İki sahil” xəbər verir ki, ümumilikdə 9 sığorta şirkətindən 36 nümayəndənin iştirak etdiyi turnir 9 mərhələdən ibarət olacaq.
Turnirin sonunda qalib sığortaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Bu kimi tədbirlərin keçirilməsinin əsas məqsədi sığorta sektorunda fəaliyyət göstərən şirkətlər arasında mövcud kommunikasiyanın daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir
Milli komandamız Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib