Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, Qarabağ Regional DOST Mərkəzində baş tutan tədbirdə DOST Agentliyinin, Bərdə Rayon İcra Hakimiyyətinin, dövlət və özəl qurumların, eləcə də yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Təlimə əsasən pensiya yaşına çatmış və pensiya yaşına yaxınlaşan vətəndaşlar cəlb olunublar.
Tədbirdə çıxış edənlər bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, dövlət xidmətlərinin elektronlaşdırılması və rəqəmsal həllərin gündəlik həyatda daha geniş tətbiqi əhali arasında rəqəmsal bacarıqların artırılmasını zəruri edir.
Təlim zamanı iştirakçılara SİMA rəqəmsal imza vasitəsilə qeydiyyat prosesi, elektron qaydada pensiya müraciətinin edilməsi, rəqəmsal bankçılıq xidmətlərindən istifadə, eləcə də sosial mühəndislik üsulları ilə həyata keçirilən rəqəmsal dələduzluq hallarından qorunma yolları barədə məlumat verilib. Təlimlər Qarabağ Regional DOST Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Daha sonra tədbir iştirakçıları DOST Yaradıcılıq və İnkişaf Mərkəzinin Qarabağ DOST Evi ilə tanış olublar.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
Qaradağ rayonunda YAP-ın VIII Qurultayında müzakirə olunmuş məsələlərə həsr olunmuş müşavirə keçirilib
Kürdəmirdə cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair tədbirlər keçirilib
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb