Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və “Balakhani Operating Company LTD”nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası təşkil edilib.
“İki sahil” xəbər verir ki, ağacəkmə aksiyası Balaxanı qəsəbəsində, Böyükşor–Pirşağı şossesinin sağ kənarında yerləşən mədən ərazisində təşkil olunub.
Aksiyada YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev eləcə də YAP Sabunçu Rayon Təşkilatının, Rayon İcra Hakimiyyətinin, Balaxanı Əməliyyat Şirkətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ümumilikdə 400 ədəd ağac əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.
Kürdəmirdə cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair tədbirlər keçirilib
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib