Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 21,612 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur.
Təkcə apreldə Türkiyə Azərbaycana 6,103 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 109,8 % çoxdur.
4 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 1,5 % azalaraq 5,324 milyard ABŞ dollarına, apreldə isə 18,4 % artaraq 1,451 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox geyim idxalını Almaniya 804 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11 % az), Niderland 597 milyon ABŞ dolları (-4,2 %) və İspaniya 55 milyon ABŞ dolları (+6,4 %) dəyərində həyata keçirib.
“Cənub Qaz Dəhlizi”nin hasilat seqmentinin EBITDA göstəricisi 2027-ci ildən azalmağa başlayacaq - "Fitch"
“Cənub Qaz Dəhlizi” 2029-cu ilədək müsbət xalis pul mövqeyini qoruyacaq – “Fitch”
“Fitch” 2026–2029-cu illərdə "Cənub Qaz Dəhlizi"nin müsbət sərbəst pul axınına malik olacağını gözləyir