09 may 2026 15:20
98

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur

Bu cür yarışın işğaldan azad olunmuş ərazilərdə təşkili Azərbaycanın dünya miqyasında bir daha tanıdılmasına kömək olacaq. Xaricilər də bizim gözəl, füsunkar, səfalı yerlərimizin olduğunu görəcəklər.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mayın 10-14-də keçiriləcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped yarışı öncəsi təşkil olunan mətbuat konfransında deyib.

S. Ələkbərov yaşın ümumi mükafat fondunun 50 min avrodan çox olduğunu qeyd edib.

Qeyd edək ki, mayın 10-da start götürəcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.