Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur.
Ümumi əmanət portfelinin 94 %-i, yaxud 38 milyon 956,5 min manatı milli valyutanın payına düşüb. Bu, illik müqayisədə 47,7 % çoxdur.
İl ərzində xarici valyutada əmanətlər 40,4 % artaraq 2 milyon 465,3 min manat ekvavalentinə çatıb.
Qeyd edək ki, Naxçıvanda 7 bankın filialı fəaliyyət göstərir.
“Cənub Qaz Dəhlizi”nin hasilat seqmentinin EBITDA göstəricisi 2027-ci ildən azalmağa başlayacaq - "Fitch"
“Cənub Qaz Dəhlizi” 2029-cu ilədək müsbət xalis pul mövqeyini qoruyacaq – “Fitch”
“Fitch” 2026–2029-cu illərdə "Cənub Qaz Dəhlizi"nin müsbət sərbəst pul axınına malik olacağını gözləyir