İkinci Dünya müharibəsi zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin əməkdaşları tərəfindən yad edilib.
“İki sahil” xəbər verir ki, Brüssel şəhərinin Evere bələdiyyəsində yerləşən məzarlıqda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidə səfirliyin əməkdaşları tərəfindən ziyarət olunub, həmvətənlərimizin xatirəsi abidənin önünə gül çələngi qoyulmaqla anılıb. Belçikanın Körsel, Şarlrua və Bütqenbah şəhərlərində yerləşən məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarları da səfirliyin əməkdaşları tərəfindən ziyarət edilib, həlak olanların qəbirləri üzərinə gül çələngləri düzülüb.
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb
Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilib