Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 8-də Şabran rayonunda Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edib.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb
Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilib