AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC, Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Poçt markalarında şəhərimizin siması” mövzusunda tələbələrlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, şəhər mühitinin inkişafı və tarixi-memarlıq irsinin qorunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, poçt markaları Azərbaycanın memarlıq abidələrinin tanıdılmasında və milli-mədəni irsin təbliğində mühüm rol oynayır.
Tədbir çərçivəsində universitetin kitabxanasında Azərbaycanın memarlıq abidələrini əks etdirən poçt markalarından ibarət sərgi nümayiş etdirilib. Qonaqlar, həmçinin kitabxanada sərgilənən qədim kitablarla tanış olublar.
Sonda iştirakçılara xatirə olaraq marka nümunələri təqdim edilib.
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb
Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilib