Misli Premyer Liqasının 31-ci turunda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 45+2-ci dəqiqəsində Aleksandr Ramalinqom hesabı açıb.
63-cü dəqiqədə Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik qolunu vursa da 90+3-cü dəqiqədə topu özü qapısından keçirən Rahil Məmmədov “Sumqayıt”a qələbə qazanmasına səbəb olub - 2-1.
Misli Premyer Liqası,
31-ci tur
9 may
19:30. “Sumqayıt” 2-1 “Araz-Naxçıvan”
Qollar: Aleksandr Ramalinqom, 45+2 (1-0), Ba-Muaka Simakala, 63 (1-1), Rahil Məmmədov, 90+3-avtoqol (2-1)
Baş hakim: Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”