09 may 2026 23:43
87

“Qalatasaray” ardıcıl dördüncü dəfə Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun qalibi "Antalyaspor"u məğlub edən "Qalatasaray" klubu olub.

Belə ki, matçda "sarı-qırmızılılar" 4:2 hesablı qələbə qazanıb. Bununla da klub mövsümün bitməsinə bir həftə qalmış çempionluğu təmin edib.

Beləliklə, komanda ardıcıl 4-cü, ümumilikdə isə 26-cı dəfə Türkiyə çempionu olub.

"Fənərbaxça" isə "Konyaspor"dan üstün olub - 3:0. Nəticədə "sarı-lacivərdlilər" ikinci pillədə qərarlaşıblar.