FİFA "Qarabağ"a yeni futbolçuların qeydiyyatı ilə bağlı qadağa qoyub.
Bu qərar növbəti üç transfer dövrünü əhatə edəcək. Hazırda sanksiyanın hansı səbəbdən tətbiq edildiyi məlum deyil.

Klubun mətbuat katibi Anar Hacıyevin məlumatına görə, bununla bağlı hələlik rəsmi bildiriş gəlməyib: "Problemin nə olduğu bilinmir və bunun ciddi məsələ olduğunu düşünmürük".
Xatırladaq ki, oxşar vəziyyətlə "Neftçi" də üzləşmiş, lakin sonradan problem həll olunmuşdu.
QOL.az
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir
Milli komandamız Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib