10 may 2026 21:20
102

“Neftçi” “Şamaxı”ya 3 qol vurub 3 xal qazandı

Misli Premyer Liqasında 31-ci turunda “Şamaxı” “Neftçi”nin qonağı olub.

İki sahil”in məlumatına görə, yarışın 1-ci dəqiqəsində Emin Mahmudov hesabı açıb. 47-ci dəqiqədə İmad Faraj fərqi iki qola yüksəldib. 83*-cü dəqiqədə isə Breno Almeyda, cərimə zərbəsindən vurduğu möhtəşəm qol ilə hesabı 3-0 edib. Matç bu hesabla da başa çatıb

Misli Premyer Liqası,

31-ci tur

10 may

19:30. “Neftçi” 3-0 “Şamaxı”

Qollar: Emin Mahmudov, 1, İmad Faraj, 47, Breno Almeyda, 83

Baş hakim: Tural Qurbanov

Palms Sports Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”