10 may 2026 22:33
112

Böyük Dəbilqə turnirini milli komandamız bir medalla başa vurub

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirini milli komandamız bir medalla başa vurub.

“İki sahil” xəbər verir ki, Uşanqi Kokauri (+100 kq) final görüşündə ikiqat dünya çempionu İnal Tasoyevə məğlub olaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, U.Kokauri bir həftə əvvəl Düşənbə Böyük Dəbilqəsində bürünc mükafat qazanmışdı.