Qlobal əmtəə bazarlarında neft bahalaşmaqda davam edib.
“İki sahil” xəbər verir ki, Londonun “ICE” birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,25% və ya 4,30 ABŞ dolları artaraq 1 barel üçün 105,59 ABŞ dolları olub.
Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 4,73% və ya 4,51 ABŞ dolları yüksələrək 1 barel üçün 99,93 ABŞ dollarına çatıb.
Analitiklərə görə, neft qiymətlərinin artımına ABŞ və İran arasında geosiyasi gərginliyin yenidən yüksəlməsi, eləcə də Yaxın Şərqdə təchizat risklərinin artacağına dair gözləntilər təsir edib.
“Cənub Qaz Dəhlizi”nin hasilat seqmentinin EBITDA göstəricisi 2027-ci ildən azalmağa başlayacaq - "Fitch"
“Cənub Qaz Dəhlizi” 2029-cu ilədək müsbət xalis pul mövqeyini qoruyacaq – “Fitch”
“Fitch” 2026–2029-cu illərdə "Cənub Qaz Dəhlizi"nin müsbət sərbəst pul axınına malik olacağını gözləyir