2012-ci ildə olimpiya çempionu olmuş velosipedçi Aleksandr Vinokurov "Bakı-Xankəndi" beynəlxalq yarışının çox yaxşı təşkil olunduğunu bildirib.
“İki sahil” xəbər verir ki, 52 yaşlı veteran idmançı jurnalistlərə açıqlamasında yolların geniş olduğunu söyləyib. O, turnirlə bağlı fikirlərini bölüşüb: "İlk iki gün ərzində gördüklərimə əsasən heç bir irad bildirə bilmərəm. Ümumilikdə hər şey çox yaxşı təşkil olunub. Tamaşaçılar daim tras boyu var, tras da genişdir. Düşünürəm ki, bu yarış yüksək kateqoriyaya layiqdir. Buna təşkilatçılar qərar verəcək. Amma bildiyim odur ki, yarışlar yüksək səviyyədə keçirilir. Təhlükəsizlik də təmin olunub. Tras möhtəşəmdir".
A. Vinokurov uşaqların bu idman növünə marağını xüsusi qeyd edib "Bu çox vacibdir. Xüsusilə finişdə dayanan uşaqlar üçün bu çox maraqlıdır. Onlar sabah deyə bilərlər ki, bu idman növü maraqlıdır və onunla məşğul olmaq istəyirlər. Biz də vaxtilə belə başlamışıq".
O, Azərbaycandakı yarışda möhtəşəm enişlər və yoxuşlar olduğunu sözlərinə əlavə edib: "Möhtəşəm mənzərələr də var. Bir daha təşkilatçılara təşəkkür edirəm. Qonaqpərvərlik yüksək səviyyədədir".
Yevgeni Fyodorov: Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb