“İki sahil” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac isə 25,1 faiz artaraq 281 milyon ABŞ dollarına yüksəlib.
Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 26,6 faiz artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4 faiz artaraq 88 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon ABŞ dolları təşkil edib.
Ekspertlər hesab edirlər ki, qeyri-neft ixracında müşahidə olunan artım ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin nəticəsi olmaqla yanaşı, istehsal və emal sektorunda rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.