Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 514,2 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 3,7 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 3,4 % artaraq 1 088 manat təşkil edib.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 % azalaraq 12 milyard 135 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,7 % artaraq 27 milyad 740,1 milyon manata çatıb.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb