Türkiyədə olduğu kimi, Azərbaycanda da sosial mənzil konsepsiyası geniş yayılıb. Əhali sayına görə Türkiyədə tikinti daha çox olsa da, Azərbaycanda da sosial mənzillərə ciddi önəm verildiyini görürük. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti var və MİDA müxtəlif bölgələrdə sosial mənzillər inşa edir.
“İki sahil” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut səsləndirib.
"Mən həmin layihələrlə yerində tanış olmuşam. Gələcəkdə MİDA ilə həm layihə, həm də fikir mübadiləsi davam edəcək. İnanıram ki, gəlir səviyyəsi aşağı və mənzilə çıxışı çətin olan insanlar üçün bu layihələr çox önəmli nəticələr verəcək. Bu tədbirin əsas mövzularından biri də dayanıqlı, əlçatan mənzil məsələsidir və Azərbaycan bu istiqamətdə mühüm addımlar atır", - deyə Ömər Bulut qeyd edib.
Rumıniya rəsmisi: Mənzil məsələsi sürətlə böyüyən şəhərlərdə ən mühüm çağırışlardan biridir
WUF13-ün iştirakçısı: Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır
WUF13 çərçivəsində dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur