Dünyada urbanizasiya prosesinin çox sürətlə getdiyi, şəhərlərə axının olduğu və bunun nəticəsində insanların təklif edilən xidmətlərin çatışmazlığı ilə üzləşdiyi bir dönəmdə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Dora Morema deyib.
O bildirib ki, bu tədbir davamlı şəhərsalma, eləcə də şəhərlərin və digər yaşayış məskənlərinin inkişafı ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır: "Azərbaycan COP29 kimi yüksəksəviyyəli tədbirə ev sahibliyi etməklə davamlı inkişaf sahəsində liderlik rolu nümayiş etdirib".
Qonaq, eyni zamanda, vurğulayıb ki, müasir şəhərlərin inkişafında yaşıl enerjinin rolu danılmazdır: "Şəhərlərdə dayanıqlı nəqliyyat vasitələrinin də istifadəsi vacibdir. Çünki davamlı nəqliyyat sistemi iqtisadi səmərəliliyi təmin etməklə yanaşı, ətraf mühitin qorunmasına da xidmət edir".
Haaqa meri: Yerli və regional hökumətlər tamhüquqlu idarəetmə səviyyələri kimi tanınmalıdır
Ceykob Blumberq: WUF13 şəhərlərin gələcəyini müzakirə edən ən böyük platformalardan biridir