Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin gələcəyi ilə bağlı düşünən insanların bir araya gəldiyi dünyanın ən böyük platformalarından biridir.
“İki sahil” xəbər verir ki, bunu WUF13 çərçivəsində yaradılan “Faith” Pavilyonunun həmtəsisçisi Ceykob Blumberq bildirib.
Vyetnamda yaşayan Ceykob Blumberq WUF13-də iştirakından məmnunluğunu ifadə edərək deyib ki, tədbir şəhərlərin üzləşdiyi aktual problemləri daha yaxından öyrənmək və müxtəlif həll yollarını müzakirə etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, dini icmalar və kilsələr cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə töhfə verə bilər. “Forum çərçivəsində həm qlobal problemlərlə bağlı yüksəksəviyyəli müzakirələr aparılır, həm də yerli səviyyədə həll yolları üzərində çalışan təşkilatlar arasında əməkdaşlıq imkanları yaranır”, - deyə o bildirib.
O, rəhbərlik etdikləri “Faith Pavilion” platformasının müxtəlif dinlərin nümayəndələrini bir araya gətirdiyini vurğulayıb. “Biz dini liderləri bir platformada toplayaraq, onların gələcəyin şəhərlərinin dayanıqlılığına necə töhfə verə biləcəyini müzakirə edirik”, - deyə Ceykob Blumberq əlavə edib.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Ceykob Blumberq Bakını və ölkəni daha yaxından tanımaq istədiyini vurğulayıb. O, Azərbaycanın belə beynəlxalq tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Kolumbiyalı mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün qlobal əməkdaşlıq platformasıdır
WUF13 çərçivəsində “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması" mövzusunda panel təşkil olunub
Anaklaudia Rossbax: Su və sanitariya xidmətləri dayanıqlı şəhərlərin əsasını təşkil edir
WUF13-ün braziliyalı iştirakçısı: Azərbaycan müzakirələr üçün mühüm platforma yaradır