23 may 2026 12:17
83

Nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbyacan ərazisi üzrə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton və avtomobil nəqliyyatı ilə 2 milyon 705,2 min ton yük daşınıb.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 45,4%, dəniz nəqliyyatı ilə yük daşımaları 18,5%, avtomobil nəqliyyatı ilə isə bu göstərici 36,1% paya malik olub.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə yük daşımaları 7,2%, dəniz nəqliyyatı ilə 21,1% azalıb, avtomobil nəqliyyatı ilə isə 6% artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 milyon 672,1 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 763,9 min ton və avtomobil nəqliyyatı ilə 2 milyon 553 min ton yük daşınıb.