Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,18 ABŞ dolları və ya 3,92 % azalaraq 102,3 ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 99,59 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,15 ABŞ dolları və ya 3,98 % azalaraq 100,07 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir
Səməd Bəşirli: Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb