Qurban bayramı günlərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
“İki sahil” xəbər verir ki, AQTİ-dən verilən məlumata görə, Cəbrayıl və Füzuli rayonlarında, eləcə də Bakı şəhərində təşkil olunan heyvan kəsimi çadırlarında AQTİ-nin səyyar laboratoriyaları operativ xidmət göstərib.
Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı hallarda nümunələr götürülərək laborator müayinələrin operativ şəkildə aparılması üçün bütün zəruri şərait təmin olunub.
AQTİ-nin laboratoriyaları qida təhlükəsizliyi sahəsində müxtəlif növ müayinələrin həyata keçirilməsi üçün müasir avadanlıqlarla tam təchiz edilib.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib