ABŞ-ın müxtəlif ştat və şəhərləri, o cümlədən Hyuston, Vaşinqton, Oyl Siti, Hallandeyl Biç, Mayami şəhərləri, Merilənd ştatı və Nyu-York Ştat Assambleyası 28 May-Azərbaycan Müstəqillik Gününü münasibətilə bəyannamə imzalayıblar.
“İki sahil” xəbər verir ki, sənədlərdə Azərbaycanın 1918-ci ildə Şərqdə və müsəlman dünyasında ilk demokratik parlament respublikası qurduğu bildirilir. Qadınlara səsvermə hüququnun erkən verilməsi, demokratik dəyərlər və parlamentçilik ənənələri xüsusi qeyd olunur. Həmçinin bəyannamələrdə ABŞ ilə Azərbaycan arasında diplomatik, strateji, enerji, mədəni və təhsil sahələrində əməkdaşlıq, ABŞ-da yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə verdiyi töhfələr vurğulanır.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar