Yaponiya əhalisi son beş ildə 3,09 milyon nəfər azalaraq qeydlər aparılmağa başlandığı vaxtdan bəri ölkə əhalisi üçün bütün zamanların rekordunu qırıb.
“İki sahil” xəbər verir ki, bu İnzibati İşlər və Rabitə Nazirliyinin dərc etdiyi siyahıyaalma məlumatlarında göstərilib.
Qeyd olunub ki, 1 oktyabr 2025-ci il tarixinə Yaponiya əhalisi 123.049.524 nəfər təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2,5% azalma deməkdir.
Bundan əlavə, 2015-ci ildən başlayan ardıcıl üçüncü siyahıyaalmada əhalinin azalması qeydə alınıb. Nazirlik əsas səbəb kimi "təbii azalmanı" göstərir: yaşlanan cəmiyyət və azalan doğum nisbətləri fonunda ölüm nisbəti daim doğum nisbətini üstələyir.
Əhali artımı 47 prefekturadan yalnız ikisində qeydə alınıb: Tokio (artım 1,4%) və Okinavada (artım 0,1%). Qalan 45 prefekturada əhali azalıb. Ən böyük azalma Akita (azalma 8,1%) və Aomori (azalma 7,9%) bölgələrində qeydə alınıb.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək