ABŞ administrasiyası Kubada totalitar hökumətin mümkün süqutuna hazırlaşır və adada xaos yaranacağı halda hərbi reaksiya planlarını hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası iqtisadi sanksiyalar vasitəsilə Havana rejiminə təzyiq göstərmək niyyətindədir.
“Bunu ən yaxşı şəkildə “akselerasionizm” kimi təsvir etmək olar. Amma biz hələlik rejimi məhv etmək istəmirik. Bunun öz sistemi var. Hər şey mərhələli şəkildə baş verir”, - administrasiyanın yüksəkvəzifəli nümayəndələrindən biri bildirib.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək