Amerikalı milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
"Söhbət "SpeysX"in əsas rəqiblərindən olan "Blue Origin" şirkətinin "New Glenn" ağır raketindən gedir. Sınaqlar zamanı birbaşa buraxılış meydançasında güclü partlayış baş verib",- məlumatda bildirilib.
Hadisə yerli vaxtla cümə axşamı təxminən saat 21:00-da (Bakı vaxtı ilə cümə günü saat 05:00-da - red.) baş verib.
Qeyd edək ki, "Amazon"nun qurucusu "Blue Origin" vasitəsilə bir neçə ildir ki, İlon Maskın kosmos biznesinə yetişməyə çalışır.
ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək