İyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə, ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq, Bakı Enerji Həftəsi çərçivəsində ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir.
Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib