09 iyun 2026 11:41
157

Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib

İyunun 7-də Abşeron rayonunun Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla 77-UE-011 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.