11 iyun 2026 21:56
108

Bərdədə "Qurtuluşdan böyük Zəfərə gedən  yol!" adlı konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş "Qurtuluşdan böyük Zəfərə gedən  yol!" adlı konfrans keçirib. 

“İki sahil” xəbər verir ki, konfransdan öncə iştirakçılardan bir qrupu Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başlanıb. 

Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra "Qurtuluşdan böyük Zəfərə gedən yol!" adlı video- çarx izlənilib.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya məruzə edərək konfrans iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib,   bugünün xalqımızin və dövlətimizin taleyində mühüm dönüş nöqtəsi olaraq tarixi əhəmiyyətindən danışıb. Bildirib ki,  Ulu öndərin dövlətimizi və xalqımızı xilaskarlıq missiyası bu tarixin əsasıdır, özüdür! Ulu öndər Heydər Əliyevin aydın və parlaq ideyaları və bu ideyalara söykənərək xalqımızı və dovlətimizi xoşbəxt gələcəyə aparan Müzəffər Liderimiz, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti Milli  Qurtuluş Günündən böyük Zəfərə gedən yolun aydın xəritəsidir! Rayon təşkilatının sədri Faqət Şadlinskaya 15 iyunda iki qardaş ölkə-  Azərbaycanla Türkiyə arasında bağlanan Şusa müttəfiqlik Bəyannaməsindən danışaraq  bugünün  xalqımız üçün həm də ikiqat bayram olduğunu bildirib.

Sonra konfransda çıxış edən YAP fəalları - şəhid anası Arzu Hüseynzadə, Ulu öndər Heydər Əliyevlə görüsmüs QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynova, Fərqanə Adıgözəlova, rayon Ağsaqqallar Şurasının sədri, 1993- cü ildən YAP üzvü Yaşar Zamanov, YAP rayon təşkilatının ən gənc üzvü Tuncay Hüseynli əsl bayram olan Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildiriblər ki, nə qədər ki, Azərbaycan var, xalqımızın və dövlətimizin əbədi xilaskarı, Ulu öndər Heydər Əliyev də əbədi var olacaq! 

Konfransda  YAP rayon təşkilatının sədri Faqət Şadlinskaya tərəfindən Fəxri Fərmanla təltif edilən bir qrup YAP fəalına Fəxri Fərman və yeni üzv qəbul olunanlara YAP üzvlük vəsiqələri təqdim edilib. 

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.

Sonda xatirə şəkli çəkdirilib.