19 iyun 2026 12:44
91

Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib

“Vətənpərvərlər Maarifləndirmə”  İctimai Birliyi iyunun 18-də Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib.

Xatırladaq ki, 18 iyun Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun anım günüdür. Mübariz İbrahimov Azərbaycan tarixində xüsusi yeri olan qəhrəmanlardan biridir. Onun həyatı qısa olsa da, göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqın yaddaşında əbədi yaşayacaq. O, təkcə bir hərbçi deyil, həm də Vətənə sədaqətin və qorxmazlığın simvolu kimi qəbul edilir. 

“Vətənpərvərlər Maarifləndirmə” İB-nin təçkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun anım günü münasibəti ilə tədbir keçirildi.  İlk olaraq Milli Qəhrəmanın  dəfn olunduğu 2-ci fəxri Xiyabandakı məzarı ziyarət olundu. Tədbirdə millət vəkilləri Aqil Abbas, Aydın Mirzəzadə, Rövşən Muradov, həmçinin qazilər, ziyalılar, ŞƏHİD anaları, müharibə veteranları iştirak edirdilər.  Eyni zamanda, QHT rəhbərləri də bu tədbirə qatılmışdılar.

İlk olaraq Millət vəkili Aqil Abbas Milli Qəhrəman Mübariz İbrahimovun məzarı başında çıxış edib. O, qeyd edib ki, biz istədik, istəmədik onun yeri behiştdir. Mən həmişə televiziyalarda da demişəm. Onlar vətən yolunda Şəhid oludular. Məndən az güldülər, amma onların yeri cənnətdir. Viktor Hüqo deyirdi ki, Allah tərəfindən sevilənlər cavan ölürlər. Onlar həm də Allahın sevimli bəndələridirlər".

Növbəti çıxış üçün söz deputat Aydın Mirzəzadəyə verildi.  O, qeyd edib ki, Mübariz təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində bir igidlik nümunəsi göstərdi. O, torpaqların işğaldan azad olunmasına, düşmənin cəzalandırılmasına öz tövhəsini vermək istədi. Zaman göstərdi ki, o, düzgün edib. Sonradan oxudum ki, Mübariz İbrahimovun qarşısını ala bilmədiklərinə görə Ermənistan ordusunda iki general və on polkovnik işdən çıxarılıb.

Millət vəkili Rövşən Muradova  Mübariz İbrahimovun qəhrəmanlığını hər zaman öz tələbələrinə çatdırdığını qeyd edib. "Mübariz zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun dostları həmişə deyiblər ki, o, dəyanətli, qeyrətli və namuslu bir igid olub. Gənclərə tövsiyəm odur ki, Mübariz İbrahimovdan nümunə götürsünlər".

Tədbirdə tarixçi-alim Nazim Tapdıqoğlu, “Xocalıya Ədalət”İB-nin sədri Şamil Sabiroğlu və başqaları çıxış edərək Mübariz İbrahimov nümunəsindən ürək dolusu danışıb, ehtiramla şəhidlərimizin əziz xatirəsini yad etdilər.

Xatırladaq ki, tədbir mərasim evində ehsan süfrəsində davam etdi. 

Tədbirdə İştirak edənlər “Vətənpərvərlər Maarifləndirmə” İB-nin sədri Aynur İsayevaya, Çingiz Bayramova və digər bu tədbirin baş tutmasında əməyi olanlara təşəkkürlərini bildirdilər.

Subut Mehdiyev