21 iyun 2026 13:19
80

Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub.

“İki sahil” xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb. Hər 3 raundu öz xeyrinə başa vuran Cəfərov, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qətiyyətli qələbə qazanaraq Dünya kubokunun qızıl medalına sahib olub.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkədən 300 idmançının qatıldığı və ilin ikinci reytinq xarakterli yarışı olan turniri 1 qızıl və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata yiyələnmişdilər.