18 oktyabr 2026 17:30
128

Stolüstü tennisçilər Polşaya yollanıblar

 

Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Oktyabrın 18-dən etibarən Polşanın Zeleno Qura şəhərində təşkil olunacaq  toplanışda səçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərova iştirak edəcək.Təlim-məşq toplanışının əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir. Hazırlıq prosesinə oktyabrın 31-də yekun vurulacaq.